28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Qarabağ"ın hazırlıq planı müəyyənləşdi

12 iyn 2024 12:00
İDMAN
ads

"Qarabağ"ın hazırlıq planı müəyyənləşib.

Publika.az xəbər verir ki, Azərbaycan çempionunda yay fasiləsi iyunun 18-də başa çatacaq. Hazırlığın ilk mərhələsinə həmin tarixdən Bakıda start veriləcək. Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Ağdam təmsilçisi iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində 2 oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi də 16-da baş tutacaq.

"Qarabağ" üçün yeni mövsüm iyulun 23-də və ya 24-də başlayacaq. Komanda həmin gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirəcək. Mərhələnin püşkü isə iyunun 19-da atılacaq.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur