Müğənni Səidə Dadaşova və yazıçı, kulturoloq Aydın Xan Əbilov arasında efirdə qalmaqal yaşanıb.
Publika.az Bizim.Media-ya istinadən xəbər verir ki, buna səbəb Səidənin qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində söylədiyi “Müğənnilik satqın sənətdir” sözləri olub.
Səidə bu sözlərdən sonra fikrini belə davam etdirib:
“Aydın Xan bəy, siz dediklərimi bilə-bilməzsiniz çünki siz başqa sahədəsiniz. Siz mənim qədər 30 il oxumursunuz. İndi kim ki, layiqli yerdə olmalıdırsa, o yerdə deyil. Siz kulturoloqsunuz, mənim kimi gəlib mikrofonu götürüb oxuya bilərsiniz? Mən də sizin yerinizdə oturub kulturoloqluq edə bilmərəm. Hamı öz işi ilə məşğul olmalıdır. Bilirsiniz niyə indi xaos var, çünki hamı burnunu başqasının işinə soxur. Aktrisa Sonaxım Əliyevanın çox gözəl sözü var. O deyir ki, “Heç kim dörd dördlük deyil”. Siz nə zaman “dörd dördlük olarsınız” bax o zaman gəlib bostanıma daş atarsınız. Mən sizin işinizə qarışmıram. Mən öz sahəmdə olan məsələlərdən danışıram. Biz oxuyanda nə “YouTube”, nə “TikTok” nə də ki, “Google” vardı. Heç nə yox idi. Amma bizi istəyirdilər, sevirdilər və tanıyırdılar. Amma indi hər şey sosial şəbəkələrdə olan izləyici kütləsi ilə ölçülür. Sosial şəbəkələrlə müğənni seçmək olar? Mən xalqın yerinə deyil öz yerimə danışıram. O müğənniləri sosial şəbəkədə insanın ağzına soxurlar”.
Bunlara isə Aydın Xan cavab olaraq “Mən kulturoloqam və musiqinin içindəyəm. Siz heç də bundan narahat olmayın. Bu sözləri söyləyirsinizsə deməli siz öz sənətinizi sevmirsiniz. Bir insan öz sənətini sevsə belə ağır sözlər deməz. O zamanlar sosial şəbəkələr yox idi, xalqın seçimi də yox idi. Xalq və kütlə sizi sevmirsə ya kanalı çevirir və ya “YouTube”a daxil olur”.