28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Mənə elə gəlir ki, Nikol emosional açıqlama verib”

25 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan dağılan deyil”.

Publika.az Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Paşinyana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib.

Dövlət başçısı Ermənistan baş nazirinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı bəyanatını şərh edib.

Onun sözlərinə görə, Minsk Ermənistanın blokdan çıxması ilə bağlı heç bir bəyanat almayıb və hesab edir ki, bu ölkə təşkilata üzv kimi qalmalıdır.

“Əgər KTMT-də olmaq istəmirlərsə, olmasınlar. Ermənistansız təşkilat dağılan deyil. Ancaq İrəvandakı siyasətçilər ayılmalıdılar ki, sahib olduqlarını da itirməsinlər. Ümid edirəm ki, məndən inciməzlər. Zaman çox dəyişir və ümumən dünyada vəziyyət dəyişəcək. Buna görə də, kompakt dövlətlərə lüzumsuz hərəkətlər etmək lazım deyil. Mənə elə gəlir ki, Nikol emosional açıqlama verib”, - Belarus prezidenti jurnalistlərlə söhbətində deyib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur