“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı iclas keçirilib.
Publika.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində baş tutan prosesdə müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı qaldırdıqları vəsatəti geri götürüb.
Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu il martın 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məlumat yayıb.