13.05.25 | Bakı 17.41° C |
10:06:25
Lent :

Baş nazirin evi yanıb, yoxsa yandırılıb...

13 may 2025 10:00
DÜNYA
ads

Xəbər verdiyimiz kimi, ötən gün Britaniya Baş naziri Keir Starmerin evində yanğın baş verib.

Qutb.az-ın məlumatına görə, Britaniya polisiStarmerlə əlaqəli iki ünvanda baş vermiş yanğınların bilərəkdən törədilmiş ola biləcəyi ehtimalını araşdırır.

Hər iki hadisə ilə bağlı qəsdən yandırma üzrə istintaq başladılıb. Hadisələrdən biri 12 may tarixində, səhər tezdən baş nazirin Londonun Kentiş Taun bölgəsində yerləşən evində qeydə alınıb. Yanğın zamanı evin girişində zərər yaranıb, lakin xəsarət alan olmayıb. Sözügedən ev Starmerin Baş nazir seçilməzdən əvvəl yaşadığı mülkdür. Məlumata görə, hazırda həmin mənzil kirayə verilib.

Digər yanğın isə bir gün əvvəl – 11 may tarixində – Islinqton yaxınlığında yerləşən, baş nazirə aid başqa bir ünvanda baş verib. Burada da evin ön qapısı yaxınlığında kiçik yanğın müşahidə olunub və hadisəyə operativ şəkildə müdaxilə edilib.

Polis bu iki hadisəyə əlavə olaraq Kentiş Taun küçəsində baş vermiş bir avtomobil yanğını üzrə də araşdırma aparır. Hər üç hadisə “şübhəli” kimi qiymətləndirilib.

Londondakı yanğınlara təxminən 10 yanğınsöndürən və iki texnika cəlb edilib. Rəsmilərdən verilən açıqlamada bildirilib ki, bir nəfər hadisə zamanı içəridən təhlükəsiz şəkildə çıxarılıb.

Metropolitan Polisi hadisələri yüksək profilli şəxsiyyətlə əlaqəli mülklərdə baş verdiyi üçün işə terrorla mübarizə üzrə təhqiqatçıların cəlb edildiyini bildirib. Hazırda rəsmi iqamətgahda yaşayan Keir Starmer baş verənlərlə bağlı hər hansı əlavə şərh verməkdən imtina edib. Onun sözçüsü istintaq aparıldığını əsas gətirərək ətraflı məlumat verməyib, lakin təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkürünü ifadə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.41° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur