06.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ölkədə qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

03 noy 2024 21:00
GÜNDƏM
ads

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxcıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.

Qurumdan QÜTB.AZ-a verilən məlumatda bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlıga uygun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəcevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Yagıntılı hava şəraiti isə noyabırın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur