04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

NATO-dan Çinlə bağlı xəbərdarlıq: Bu gün Ukraynada baş verənlər sabah...

19 fev 2024 08:00
GÜNDƏM
ads

Bu gün Ukraynada baş verənlər sabah Asiyada baş verə bilər. Putin Ukraynada nə qədər uğurlu olarsa, Si Cinpinin Tayvanda güc tətbiq etmə ehtimalı bir o qədər çox olar.

Publika.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Almaniyada jurnalistlərə Çin-Rusiya münasibətlərini və Navalnı hadisəsini dəyərləndirən zaman deyib.

Stoltenberq yanvarın 16-da Rusiyanın Arktika bölgəsində saxlandığı həbsxanada rusiyalı dissidentin ölümünə Çinin reaksiya verməməsini tənqid edib:

“Bizdə Çin Xarici İşlər Nazirliyinin, Navalnının ölümünün Rusiyanın daxili işi olduğu barədə bəyanatı var. Xeyr, bu, Rusiyanın daxili işi deyil. Hamı bilir ki, bu ölüm Moskvadakı avtoritar rejimin nəticəsidir".

Stoltenberq iddia edib ki, Navalnı Rusiya rejimi tərəfindən haqsız yerə həbs edilib və prezident Vladimir Putinə meydan oxumaq cəsarətinə görə zəhərlənmə ilə ölümə məhkum edilib.

Çin Xarici İşlər Nazirliyi öz saytında məsələ ilə bağlı açıqlama yaymasa da, sözçünün xəbərlərdəki açıqlamaları ölkə mətbuatında yer almayıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur