08.01.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

DSX mayoruna hücum edən idmançılardan biri barədə qərar verildi

07 yan 2025 14:00
HADİSƏ
ads
Advertisement

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib.

QÜTB.AZ Teleqraf.com-a istinadən xəbər verir ki Xətai rayon Məhkəməsində Elçin Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Digər şəxslərlə bağlı təqdimata hazırda baxılır.

xxx

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə itriham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.

QÜTB.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur. Onların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat təqdim olunub. Təqdimata qapalı iclasda baxılır.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.

Qeyd edək ki, insidentə görə Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılmışdı. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.

Bu iş üzrə zərərçəkmiş mayor Zeynalov ötən gün saytımıza açıqlama verib. O, insidentin sifarişçisinin Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğunu deyib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur