Xəbər verdiyimiz kimi, Nikolas Maduro Venesueladakı seçkilərdə 51,20 faiz səslə üçüncü dəfə qalib gəlib. Lakin müxalifət seçkilərdə qanun pozuntularının olduğunu iddia edib.
Publika.az xəbər verir ki, ölkədə çoxlu sayda etiraz aksiyaları keçirilib.
Eyni zamanda Venesuelanın keçmiş prezidenti Uqo Çavesin heykəli etirazçılar tərəfindən hücuma məruz qalıb. Bununla da ölkədə vəziyyət daha da gərginləşib.
Amerikalı sahibkar İlon Mask dağıdılmış heykəlin şəklini “X” hesabında paylaşaraq "Əlvida, diktator Maduro" şərhini yazıb. O, gün ərzində Venesueladakı nümayişlərdən videoları paylaşmağa davam edib.
Buna cavab olaraq Maduro ölkəsini kosmik raketlərlə işğal etmək istədiyini iddia edərək Maska müharibə elan edib.
Mask Maduronun bəyanatından sitat gətirib və onu “eşşək”lə müqayisə edib. O, növbəti paylaşımında "Yazıq eşşəyi Maduro ilə müqayisə etdiyim üçün üzr istəyirəm. Bu, heyvanlar aləminə təhqirdir" deyib.
Roza Şəfiyeva