Suriyanın yeni administrasiyası Dəməşqə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan-Noel Barronu qəbul edib.
QÜTB.AZ xəbər verir ki, Suriyanın hazırki lideri Əhməd əl-Şara görüş zamanı Berbokun əlini sıxmayıb. Lakin o, Berbokla birlikdə gələn xarici işlər naziri Jan-Noel Barro ilə görüşərkən əl sıxışıb.
Qeyd edək ki, ötən gün Berbok və Barro Suriyaya elan olunmamış səfər ediblər. Annalena Berbok bildirib ki, Rusiya Suriyadakı hərbi bazalarını tərk etməlidir.
Roza