Ermənistanın müdafiə naziri Suren Papikyan şimal-şərq sərhəd zonasına - Azərbaycanla sərhədə səfər edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
O, hərbi hissələrə baxış keçirib.
Nazir həmçinin xidmətin təşkilinə nəzarət edib, şəxsi heyətlə müşavirə keçirib.
O, zabitlərlə də görüşüb, onların suallarını cavablandırıb, müvafiq tapşırıqlar verib.