Müqavimət əməliyyatının genişlənəcəyini bildirən HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan bütün bölgənin təhlükədə olduğunu vurğulayıb. O, İsrailin yeni plan üçün hərəkətə keçdiyini iddia edib.
QÜTB.AZ xəbər verir ki, Həmdan bununla bağlı "Əl-Cəzirə" telekanalına açıqlama verib.
O iddia edib ki, İsrail HƏMAS-a qarşı uğursuzluğunu ört-basdır etmək üçün yeni soyqırımlara başlayacaq. Müqavimət əməliyyatının genişlənəcəyini bildirən Həmdan, bütün bölgənin təhlükədə olduğunu vurğulayıb.
Həmdan onların məqsədlərinə çata bilməyəcəyini, İsrailin saxta qələbə axtarışında olduğunu bəyan edib:
"Bir il davam edən təcavüzdən sonra İsrail məqsədlərinə nail olmayıb. Generalların planı yalnız İsrail xalqının hisslərini qıcıqlandırmaqdır. İşğalçı qüvvələr ordunun uğurunun mənzərəsini çəkmək üçün Qəzza zolağında maksimum atəş gücündən istifadə etməyi hədəfləyir. Davam edən əməliyyatın məqsədi Qəzzanın şimalındakı əhalinin bir hissəsini cənuba köçürməyə çalışmaqdır”.
O, Qəzzadakı fələstinlilərə dəstək çağırışı edib: "Qəzza zolağında Fələstin xalqının qətiyyətini dəstəkləmək üçün səy göstərilməlidir. Qəzzadakı bütün şərtlərə baxmayaraq, müqavimət əməliyyatları xalqımızı müdafiə etmək üçün davam edəcək və genişlənəcək".
Həmdan HƏMAS-ın hazırda baş verənləri dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasının üzvləri və İslam ölkələri ilə geniş təmaslara başladığını da açıqlayıb.
Roza