06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

FHN əməkdaşı stolüstü tennis yarışında qızıl medal qazandı - Foto

03 fev 2025 20:00
İDMAN
ads
Advertisement

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında (kişilər və qadınlar) stolüstü tennis yarışı keçirilib.

QÜTB.AZ FHN-ə istinadən xəbər verir ki, olimpiya sistemi üzrə keçirilən yarışda 22 qurumdan 40 kişi, 10 qadın mübarizə apararaq öz bacarıqlarını göstəriblər.

Turnirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin stolüstü tennis üzrə komandasının üzvü əzmkar mübarizə apararaq yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək yarışın çempionu adına layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunublar.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
142 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur