10.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

İsrail liderləri Azərbaycanı TƏBRİK ETDİLƏR

10 avq 2025 00:00
DÜNYA
ads
Advertisement

“Prezident Trampı təbrik edirik! Sizin cəsarətli rəhbərliyiniz və qlobal baxışınız daha bir sülh sazişini mümkün edib”.

 

Qutb.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkə hesabında yazıb:

 

“Mən də bu tarixi sazişin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Qoy hamınıza barışıq və ortaq rifahın yeni dövründən zövq alın”.

 

Eyni zamanda İsrail Prezidenti İsaak Hersoq da “X” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb:

 

“Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim. Ümid edirəm və dua edirəm ki, biz sizin rəhbərliyiniz altında dünyada, hər şeydən əvvəl Qəzzada HƏMAS-ın əli ilə girovlarımızın keçdikləri cəhənnəmdən təcili geri qaytarılması kimi daha çox tarixi nailiyyətlər görəcəyik. Prezident İlham Əliyevi və baş nazir Nikol Paşinyanı liderliyinə görə, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Onlar sülh, əmin-amanlıq və firavanlıq içində yaşasınlar”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur