03.05.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

AZAL sərnişinləri üçün möhtəşəm yenilik

02 may 2025 21:00
GÜNDƏM
ads

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin məmnuniyyətini artırmaq məqsədilə yeni “AZAL Upgrade” proqramını tətbiq edib.

 

AZAL-dan Qutb.az-a bildirilib ki, ekonom sinif bileti alan sərnişinlər bu proqram çərçivəsində biletlərini premium ekonom və biznes sinfə yüksəltmək imkanı əldə edirlər.

 

“AZAL Upgrade” proqramından istifadə edərək qalib gələn sərnişinlər premium ekonom və biznes sinfə aid bütün imtiyazlardan yararlana bilərlər. Xidmətdən yararlanmağın bir neçə üsulu var. Belə ki, ekonom sinif bileti alan sərnişinlər AZAL tərəfdən elektron poçt vasitəsilə uçuşlarından öncə “AZAL Upgrade” barədə məlumat alacaqlar. Sərnişinlər e-poçtda yer alan linkə daxil olaraq öz təkliflərini irəli sürə və xüsusi qiymətə premium ekonom və biznes sinif oturacaqlar əldə edə bilərlər. Eyni zamanda, sərnişinlər azal.az saytı və mobil tətbiqində “Rezervasiyanın İdarəolunması” bölməsindən və onlayn qeydiyyat (“check-in”) bölməsindən “AZAL Upgrade” xidmətinə müraciət edə bilərlər.

 

Premium ekonom və biznes sinfə yüksəlmək imkanı uçuşdan 14 saat əvvələ qədər onlayn olaraq edilə bilər. Sərnişin təklif qiymətini irəli sürdükdən sonra ən geci uçuşuna 12 saat qalmışa qədər nəticələr barədə məlumat alacaq, yəni onun təklifi qəbul edilib-edilmədiyi bildiriləcək.

 

Ödəniş yalnız təklif qəbul edildikdə həyata keçirilir. Bu xidmət üzrə ödənilən məbləğ geri qaytarılmır və dəyişdirilmir. Əgər təklif qəbul edilməzsə, heç bir əlavə ödəniş tutulmur.

 

Bundan savayı, əgər reysin yerinə yetirilməsi üçün təyin olunmuş təyyarə dəyişərsə və sözügedən təyyarədə biznes sinfi olmazsa, o zaman təkmilləşdirmə baş tutmur və ödənilən məbləğ sərnişinə tam şəkildə geri qaytarılır. Lakin yeni təyyarədə biznes sinif olduğu təqdirdə, o zaman müştəriyə bütün imtiyazlar təqdim olunur və heç bir dəyişiklik baş vermir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur