Aİ-nin "Iran Air" dövlət aviaşirkətinə qarşı yeni sanksiyalarından sonra İran Avropaya bütün uçuşları dayandırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Məlumata görə, yeni məhdudiyyətlərin elan edilməsindən bir neçə saat sonra İran aviadaşıyıcısı sərnişinlərə Avropaya bütün uçuşların ləğvi ilə bağlı mesajlar göndərib. Səyahətçilərə bunun Brüsselin qərarı ilə bağlı olduğu bildirilib.
Mənbə onu da bildirir ki, oktyabrın 14-də Aİ İranın üç aviaşirkətini - "Iran Air", "Mahan" və "Saha"nı yeni sanksiyalar siyahısına əlavə edib.
Adəm Abbaslı