Keçmiş IBO çempionu Kris van Qerdenin (28-3-1, 12 KO) sevgilisi Rusiyada həbs edilib.
Publika.az xəbər veririk, bu barədə boksçu özü sosial şəbəkədə məlumat verib.
“Dua edin, Rusiya mənim sevgilimi saxladı. Biz sənin üçün mübarizə aparırıq və səni sevirik, Kseniya”, – Qerden yazıb.
Rusiya əsilli Kseniya Karelina Amerika vətəndaşıdır və valideynlərinə baş çəkmək üçün Rusiyaya gəlib. Qız 2022-ci ilin fevral ayından Ukrayna Silahlı Qüvvələri üçün pul toplamaqda ittiham olunur və bu puldan Ukrayna üçün hərbi və tibbi avadanlıqlar alınıb.
Hüquq müdafiəçiləri iddia edirlər ki, onun dövlətə xəyanət maddəsi ilə cinayət işi 2022-ci il fevralın 24-də “Razom for Ukraine” fondunun hesabına 51,8 dollar köçürməsi ilə bağlıdır.
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Yekaterinburqda ikinci dəfədir ki, ABŞ vətəndaşı saxlanılır. Daha əvvəl “The Wall Street Journal”ın amerikalı jurnalisti Evan Qerşqoviç də casusluq ittihamı ilə saxlanılmışdı.