02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

“Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam”

07 mar 2024 08:00
GÜNDƏM
ads
Advertisement

“Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm”.

Publika.az xəbər verir ki, bu fikirləri yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanan Xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib.

Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən istedadlı sənətkar bu prosesdə gənclərin iştirakının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Firəngiz Mütəllimovanın iştirakı ilə hazırlanmış növbəti videoçarxı təqdim edirik:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur