ABŞ-ın keçmiş Prezidenti Donald Trampın prezident seçkilərində iştirakdan mümkün uzaqlaşdırılması ölkəni parçalayacaq.
Publika.az xəbər verir ki, bunu keçmiş Amerika lideri Barak Obamanın keçmiş müşaviri Devid Akselrod CNN-ədeyib.
O bildirib ki, belə bir addım ABŞ-ı məhv edə bilər,
O, Trampın xaric edilməsinə şübhə ilə yanaşdığını bildirib:
"Düşünürəm ki, on milyonlarla insan ona səs vermək istəyir. Onun namizəd olmasına imkan verilməsəydi, bu, ölkəni parçalayardı".
Obamanın keçmiş müşaviri qeyd edib ki, Trampı namizədlikdən uzaqlaşdırmaq cəhdləri ona gətirib çıxarıb ki, müxtəlif ittihamlar irəli sürüldükdən sonra Ağ Evin keçmiş rəhbəri ancaq populyarlıq qazanıb.
Hüseyn İbadlı