"Rossiya Seqodnya" media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Britaniya Yayım Korporasiyasını məhkəməyə verəcəyini bildirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Teleqram kanalında məlumat verən Simonyan BBC-ni saxtakarlıqda ittiam edib.
O, BBC-dən sitat gətirib. Simonyanın insanları "Rusiyanın düşmənlərinə qarşı zorakılığa", "müxalifətlə döyüşməyə" çağırdığı və hakimiyyəti "Avropanın dərinliklərinə qoşun göndərməyi" təklif etdiyi deyilir.
"Bütün gözəlliyi və orijinallığı ilə Britaniya təbliğatı. Təbii ki, mən heç vaxt belə bir şey deməmişəm", - Simonyan qeyd edib.
Akqabay