"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfə artırır.
Publika.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, iyunun 14-dən sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək.
Bu da hər iki istiqamətdə hərəkət edən sərnişinlərin rahatlığını təmin edəcək.