30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Rusiyada ard-arda TERROR AKTLARI: ölənlərin sayı artdı, çox sayda yaralı var

23 iyn 2024 21:00
GÜNDƏM
ads

Dağıstanda törədilən terror aktı zamanı ölənlərin sayı 10 nəfərə çatıb, onlardan 8-i polis əməkdaşıdır.

Publika.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 27-si polis olmaqla 34 nəfərə çatıb.

Xatırldaq ki, iyunun 23-ü axşam saatlarında silahlılar Dərbənddə sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi başlanıb. Respublikada antiterror əməliyyatı rejimi tətbiq edilib.

xxx

23:12

Dərbənd və Mahaçqalada törədilən terror aktları qurbanlarının sayı 9 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Dağıstan Müftiliyi öz "Telegram" kanalında məlumat yayıb .

“Ölənlərin sayı 9 nəfərə çatıb, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 25 nəfər yaralanıb”, - məlumatda deyilir.

Müftiliyin nümayəndələri həlak olanların yaxınlarına başsağlığı veriblər.

Bundan əvvəl bildirilmişdi ki, terrorçular atışma nəticəsində 6 polis əməkdaşını öldürüb, 12 polis əməkdaşını yaralayıblar.

Bundan əlavə, Dağıstanın İctimai Nəzarət Komissiyasının rəhbəri Şamil Xadulayev silahlıların Dərbənddəki kilsədə keşişi və mühafizəçini bıçaqlayaraq güllələdiyini bildirib.

Xatırladaq ki, iyunun 23-də naməlum şəxslər Dərbənddə sinaqoq və kilsəni atəşə tutublar. Mahaçqalada da polis əməkdaşlarına silahlı hücum olub. Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi başlanıb. Respublikada antiterror əməliyyatır ejimi tətbiq edilib.

xxx

21:36

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı mənbəyə istinadən yazıb.

Vurğulanıb ki, hazırda 5 nəfərin öldüyü məlumdur.

Dağıstanın Daxili İşlər Nazirliyi xəbər verir ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

Milli Antiterror Komitəsinin informasiya mərkəzi isə bildirib ki, bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur