31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: Ölənlər var -

18 noy 2023 11:00
HADİSƏ
ads
Advertisement

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi növbəti dəfə ağır faciəyə səbəb olub.

Milli.Az bildirir ki, baş verən qəzayla bağlı yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov münasibət bildirib:

"Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən və 2 nəfərin həyatına son qoyan qəza da sürücülərimizin elementar qaydalara biganə münasibətinin faciəli sonudur. Allah hər ikisinə rəhmət eləsin...

Hava tam işıqlaşmamış (6:50-də) yolun ən sol zolağında məcburi dayanma edən "Mercedes"ə arxadan gələn "Honda"nın çırpılması dayanan avtomobilin sürücü və sərnişini üçün faciə ilə bitib. Onlar avtomobilin sıradan çıxan təkərini təmir etməyə (yəqin ki, dəyişməyə) çalışırmışlar. Polisin məlumatına əsasən, zəruri təhlükəsizlik tədbirləri görülməyibmiş...

Əlavə təfərrüatları bilmirəm. Hadisəyə qiymət vermək fikrim də yoxdur. Amma bu faciəli qəzadan çıxış edərək sürücülərə israrla aşağıdakı tövsiyələri vermək istəyirəm.

1. Yolun ən sol zolağı ən təhlükəli zolaqdır. Orada ən ciddi nasazlıqlar yarandıqda belə, maksimum dərəcədə avtomobili yolun sağına çıxarmağa çalışmaq lazımdır. Məsələn, təkərinin havası boşalan, hətta tam diskə oturan avtomobili də çox ehtiyatla sağ zolağa, varsa, yol çiyninə çıxarıb dayandırmaq lazımdır.

2. Sol zolaqdan və ya orta zolaqdan avtomobili kənarlaşdırmaq heç cür mümkün deyilsə, qəza dayanma işıqlarını qoşmaq (işləyirsə), dərhal qəza dayanma nişanı da qoymaq lazımdır. "Mersedes"in bəzi modellərində baqajı açanda qəza dayanma nişanı görünür, amma bu azdır. Bakı-Sumqayıt yolu kimi sürət olan yolda həmin nişanı götürüb, avtomobildən 30 metr arxada qırmızısı gələn sürücülərə yönəldilməklə qoymaq lazımdır.

3. Xırda və yerində qısa müddətə aradan qaldırılan nasazlıqdırsa, çox ehtiyatla onu aradan qaldırmağa çalışmaq lazımdır. Bu zaman arxayınçılığa yol verilə bilməz. İşi görərkən çox diqqətli olmaq, sözün həqiqi mənasında bir gözlə daim arxanı nəzarətdə saxlamaq lazımdır. Əgər sərnişinlər varsa, onlardan birinə nəzarət üçün maşının daha təhlükəsiz tərəfində dayanaraq ətrafa baxmaq, təhlükə yaranan kimi xəbərdarlıq etmək tapşırığı vermək lazımdır.

4. Nasazlıq ciddidirsə, yerində aradan qaldırılması mümkün deyilsə, yaxud uzun müddət çəkəndirsə, avtomobili yuxarıda qeyd etdiyim kimi işarələdikdən sonra sürücü və sərnişinlər dərhal yolun hərəkət hissəsindən kənara çıxaraq orada texniki yardım çağırmalı və gözləməlidirlər. Avtomobilin yanında və ya içərisində olmaq hər an ölüm riski deməkdir.

5. Əgər bu gün baş verən hadisədə olduğu kimi, qaranlıqdırsa, yaxud toranlıqdırsa, başqa məhdudiyyətli görünmə şəraiti (duman, yağış və s.) varsa təhlükəsislik tədbirləri 2-3 qat artıq olmalıdır, yerində təmirin mümkünlüyünə daha diqqətlə yanaşılmalıdır...
Şəraitə uyğun digər təhlükəsizlik tədbirləri də lazım ola bilər.Hər bir halda təhlükəsizliyə və yol hərəkəti qaydalarına biganə münasibət ola bilməz. Hər kəs unutmamalıdır ki, heç bir qayda boş yerə yazılmayıb. Onların ən bəsitinin də pozulması son ola bilər..." 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur