07.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

CHP qurultayında tək namizəd: Özgür Özəl

06 apr 2025 14:00
DÜNYA
ads
Advertisement

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçirilən qurultayında partiyanın yeni başqanı olmaq üçün yalnız bir namizəd qaldı.

 

Qutb.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu namizəd partiya daxilində reform çağırışları ilə önə çıxan hazırki başqanı Özgür Özəldir.

 

Başqanlıq üçün namizədliyini irəli sürənlərdən biri olan Berhan Şimşek yetərli sayda nümayəndənin dəstəyini ala bilmədiyi üçün namizəd ola bilməyib.

 

Digər namizəd Ümit Uysal isə seçkidən qısa müddət əvvəl geri çəkildiyini açıqladı. Uysal bu qərarını partiyasını zəiflətməmək məqsədilə verdiyini bəyan edib.

 

Beləliklə, CHP-nin qurultayında başqanlıq üçün yalnız Özgür Özəl yarışacaq. Onun yenidən partiyanın lideri olması demək olar ki, dəqiqləşib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur