“Məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı pilot layihə icra edilir”.
Publika.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib.
O. Abbasov bildirib ki, ötən ildən etibarən paytaxtın Binəqədi, Nərimanov, Nizami və Səbail rayonlarında, eləcə də Mingəçevir, Gəncə, Bərdə, 2024-cü ilin yanvarından isə Yevlax, Tərtər, Ağcabədi və Bakının Yasamal, Nizami, Xətai və Sabunçu rayonlarında qidalanma ilə bağlı pilot layihə icra edilir.
Layihəyə əsasən, isti yeməklər katerinq şirkətləri tərəfindən çatdırılır. Müəyyən müəssisələrdə isə bağçaların özlərində hazırlanır.