Ötən ay Yaponiyanın paytaxtı Tokioda davamlı istilər 123 nəfərin həyatına son qoyub.
QÜTB.AZ xəbər verir ki, ölənlərin çoxu yaşlı insanlardır.
Ötən ay yüksək hərarət nəticəsində Tokioda 37 mindən çox insan günəş vurması səbəbindən xəstəxanalara yerləşdirilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, iyul ayında ölkə üzrə orta temperatur rekord dərəcədə yüksəlib. Ölkənin əksər prefekturalarında istilik xəbərdarlığı elan edilib. Havanın temperaturu son 30 ilin orta göstəricisindən 2,16 dərəcə yüksək olub.
Həmçinin ötən ay Yaponiya Meteorologiya Agentliyinin müşahidələrə başladığı 1898-ci ildən bu yana ən isti iyul olub. Tokionun mərkəzində havanın temperaturu 34 dərəcəyə çatıb.
Meteorologiya agentliyi avqust ayında da istilərin davam edəcəyini, temperaturun isə 35 dərəcə və daha yüksək olacağını proqnozlaşdırır.