ABŞ-ın vitse-prezidenti Ci Di Vens anası Beverli Aikinsin narkotik və alkoqol asılılığından qurtulmasının 10-cu ildönümünü qeyd edib.
Qutb.az xəbər verir ki, mərasim Ağ Evdə ailə və dostların iştirakı ilə baş tutub.
Vens tədbirdə anasının həyatındakı dəyişiklikləri, ailəyə yenidən qovuşmasını və başqalarına yardım edən bir insana çevrilməsini vurğulayıb. Aikins hazırda reabilitasiya mərkəzində tibb bacısı kimi çalışır və asılılıqla mübarizə aparan insanlara dəstək verir.
Tədbirdə ailə üzvləri, o cümlədən Aikinsin kömək etdiyi şəxslər çıxış edərək onun həyatlarına necə təsir etdiyini bölüşüblər. Vens anasına prezidentin şərəf nişanını təqdim edib və onu ilhamverici şəxs adlandırıb.
Aikins əvvəllər heroin və alkoqol asılılığından əziyyət çəkib və ailəsi ilə əlaqələrini itirib.
Vens 2016-cı ildə yazdığı “Hillbilly Elegy” kitabında uşaqlığını və anasının asılılıqla mübarizəsini təsvir edib.