Dünyanın ən məşhur axtarış sistemi “Google” Rusiyada məhkəmə tərəfindən 4 milyon rubl (təxminən 44 min dollar) cərimələnib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmamasını əsas gətirərək "Google"un qanuna əməl etmədiyinə qərar verib.
Xatırladaq ki, “Google” əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.