Yenidən prezidentlik postu uğrunda mübarizə aparan ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkilmək fikrində olmadığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden Ağ Evdə veteranlar və onların ailələri ilə görüşüb. Çıxışdan sonra prezidentin tərəfdarlarından biri ona ehtiyacın olduğunu bildirərək, prezidentə seçki kampaniyasını davam etdirmək üçün müraciət edib.
Bayden isə cavabında "Mən sizinləyəm, heç yerə getmirəm", deyib.
Cəmilə