10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiyaya yaxınlığında

09 okt 2025 00:00
DÜNYA
ads
Advertisement

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135 Combat Sent" adlı kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında dövrə uçuşları həyata keçirib.

Qutb.az xəbər verir ki, hadisə Moskva ilə Qərb arasında gərginliyin artdığı bir dövrdə baş verib.

Daily Mail nəşrinin məlumatına görə, təyyarə səhər saatlarında Böyük Britaniyadan havaya qalxaraq Baltik ölkələrinin üzərindən keçib və bir neçə dəfə Kalininqrad vilayəti ətrafında dövrə vurub. Missiya başa çatdıqdan sonra təyyarə yenidən Britaniyadakı bazasına qayıdıb.

Uçuş, Almaniya kansleri Fridrix Mersin Rusiyanın “hibrid müharibə” apardığı və NATO hava məkanını pozduğu barədə bəyanatından bir gün sonra baş tutub.

"RC-135 Combat Sent" təyyarəsi elektron kəşfiyyat funksiyasını daşıyır. Təyyarə radiolokasiya siqnallarını analiz edərək düşmənin hərbi imkanlarını müəyyənləşdirir və əks tədbir strategiyalarının hazırlanmasına şərait yaradır. Təyyarə havada yanacaq doldurma sistemi, müasir naviqasiya və rabitə texnologiyaları ilə təchiz olunub. Ekipajın tərkibində 10-a qədər radioelektron kəşfiyyat zabiti yer alır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur