05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Dünyanın ən böyük aysberqinin FOTOSU YAYILDI

25 yan 2025 20:00
DÜNYA
ads

Rusiyanın “Meteor-M” peyki Britaniyanın Cənubi Corciya adasına doğru hərəkət edən dünyanın ən böyük aysberqi "A23a"nın şəklini çəkib.

QÜTB.AZ xəbər verir ki, şəkil "Roskosmos"un "Telegram" kanalında yayımlanıb.

“Son hesablamalara görə, "A23a" aysberqinin sahəsi 3672 kv km-dir. Demək olar ki, 1 trilyon ton ağırlığındadır”, - məlumatda qeyd olunur.

"Roskosmos" qeyd edib ki, buz nəhəngi Cənubi Okeanda sürüşməyə başlayıb və hazırda Atlantik okeanının cənubunda yerləşən Cənubi Corciya adasına doğru üzməkdədir.

Bundan əvvəl "A23a"nın Cənubi Corciya adasına düşərək parçalana biləcəyi bildirilmişdi. Aysberqin yaxınlaşması adadakı pinqvin və suiti populyasiyalarını təhdid edir, çünki onların qidaya çıxışını kəsə bilər. Həmçinin, buz blokunun adaya yaxınlığı dənizçilərin narahatlığına səbəb olur.

"A23a" 1986-cı ildə Filçner buzlaqından qoparaq ortaya çıxdıb. 2020-ci ilə qədər aysberq quruya oturub, lakin sonra şimala doğru hərəkət etməyə başlayıb. 2024-cü ildə dəniz tələsinə düşüb və dekabrda azad edilib. İndi o, yavaş-yavaş Cənubi Corciyaya doğru irəliləyir, ona təxminən 270 km qalıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur