Sosial şəbəkə və bəzi xəbər saytlarında Türkiyə ilə Çin arasında 3 milyon uyğurun Türkiyəyə aparılması ilə bağlı bir razılaşma imzalandığı barədə iddialar yayılıb.
Qutb.az xəbər verir ki, Ankara iddiaları təkzib edib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, iddia tamamilə əsassızdır və dezinformasiya xarakteri daşıyır.
"İddia edildiyi kimi, Türkiyə ilə Çin arasında hər hansı bir razılaşma və ya görüş keçirilməyib.
İctimaiyyətin beynəlxalq həssaslıq daşıyan bu cür məsələlərdə yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməsi; həqiqəti əks etdirməyən, spekulyativ iddialara etibar etməməsi böyük əhəmiyyət daşıyır", - məlumatda vurğulanıb.