İsveçrədə Ukrayna Sülh Planı üzrə zirvə görüşü keçiriləcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan görüşünün nəticələrinə dair mətbuat konfransında bildirib.
O, Rusiyanın bu zirvəyə dəvət edilmədiyini qeyd edib.
Zelenski ortaq silah və sursat istehsalatı üçün işlərin də davam etdiyini vurğulayıb.