12.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Ukraynanın mövqeyi dəyişməyib - ZELENSKİ

11 dek 2025 22:00
DÜNYA
ads

Hazırda ABŞ hesab edir ki, Ukrayna ilə Rusiya arasında tam atəşkəs yalnız çərçivə sazişinin imzalanmasından sonra mümkündür. Bununla belə, Vaşinqton ayrı-ayrılıqda enerji atəşkəsini nəzərdən keçirmir.

 

Qutb.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı deyib.

 

"Amerika Birləşmiş Ştatları Rusiya tərəfi ilə dəfələrlə danışıqlar apardıqdan sonra hesab edir ki, tam atəşkəs yalnız çərçivə sazişinin imzalanması ilə baş verə bilər. Mənim fikrimcə, heç kimə sirr deyil ki, heç bir razılaşma olmasa, ruslar yalnız enerji atəşkəsi ilə razılaşmayacaq", - deyə Zelenski bildirib.

 

Zelenski, həmçinin qeyd edib ki, Ukraynanın mövqeyi dəyişməyib, tam atəşkəs vacibdir.

 

Enerji və dəniz atəşkəsi ehtimalını şərh edən Zelenski Türkiyənin belə bir plan üzərində işlədiyini deyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur