Suriyanın şimalında, Kilis sərhədində yerləşən Azez rayonunun Şat keçid məntəqəsində partlayış baş verib.
QÜTB.AZ xəbər verir ki, bomba yüklü avtomobilin partlaması nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb.
Hücumdan sonra ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Ancaq hadisəni PKK terror təşkilatının törətdiyi düşünülür.
Ləman