İranın bütün təhlükəsizlik qüvvələrinə ƏMR VERİLDİ
Rusiya prezidenti Vladimir Putin vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyası Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçməsinə imkan verən qanunu imzalayıb.
Qutb.az-ın məlumatına görə, yeni qanun “Hərbi vəzifə və hərbi xidmət haqqında” federal qanuna dəyişiklik edir və vətəndaşlığı olmayan şəxslərə Rusiya ordusunda və digər hərbi birləşmələrdə xidmət etmək hüququ verir.
Sənəddə həmçinin qeyd olunur ki, bu şəxslər və onların ailə üzvləri “Rusiya Federasiyasında dövlət pensiya təminatı haqqında” qanunun müddəalarından yararlana biləcəklər.
Bundan başqa, qanun sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul prosedurunu müəyyən edir.
Belə ki, Rusiya Silahlı Qüvvələrində və ya hərbi birləşmələrində azı bir il müddətinə müqavilə ilə xidmət keçən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşamaq icazəsi olmadan da beş il gözləmədən Rusiya vətəndaşlığına müraciət edə biləcəklər.