24.02.25 | Bakı 0.03° C |
10:06:25
Lent :

İstefa verməyə hazıram - ZELENSKİ

23 fev 2025 20:00
DÜNYA
ads
Advertisement

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün sülh müqabilində vəzifəsindən istefa verməyə hazır olduğunu açıqlayıb.

 

Qutb.az xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.

 

“Əgər sülh Ukrayna üçündürsə və həqiqətən də vəzifəmi tərk etməyimə ehtiyac varsa, mən hazıram. Vəzifəmi Ukraynanın NATO-ya üzvlüyü müqabilində də dərhal dəyişə bilərəm”, - deyə Zelenski jurnalistə cavab verib.

 

Zelenski, diqqətini 20 ildən sonraya deyil, bu gün Ukraynanın təhlükəsizliyinə yönəltdiyini və onilliklər ərzində hakimiyyətdə qalmaq fikrində olmadığını bildirib.

 

“Hesab edirəm ki, NATO ən ucuz variantdır və bu, doğrudur. Hər halda, kimin dəstəkləməsindən və ya dəstəkləməməsindən asılı olmayaraq, bu mövzu masadadır”, - deyə Zelenski vurğulayıb.

 

Ukrayna Prezidenti qeyd edib ki, bu məsələ tərəfdaşlarla müzakirə olunacaq.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
0.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur