01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Alimlər keçəlləşmənin səbəblərini tapdı

14 mar 2024 13:00
GÜNDƏM
ads

Bəzi bağırsaq bakteriyaları bədəndə intensiv şəkildə çoxaldıqda, alopesiyaya - patoloji saç tökülməsinə səbəb olur ki, nəticədə insan tamamilə keçəlləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə aparılan araşdırmanın nəticələri "International Journal of Dermatology" jurnalında dərc olunub.

Araşdırmanı Zhejiang Çin Tibb Universitetinin tərkibində olan Hangzhou Dermatoloji Xəstəxanasının mütəxəssisləri aparıb. Onlar "MyBioGen" və "FinnGen" elmi konsorsiumlarının statistikasını öyrənərək, iştirakçıkarın bağırsaq mikrobiotası və alopesiya areata haqqında məlumat toplayıblar. Keçəlləşmə prosesləri ilə bağırsaq florası arasında əlaqə tapmaq üçün elm adamları riyazi üsullardan istifadə ediblər.

Bu gün alopesiya otoimmün xəstəlik kimi təsnif edilir, əvvəlcə keçəlləşmə ləkələr və saqqal tökülməsi kimi özünü göstərməyə başlayır və yalnız bundan sonra xəstəlik bütün başda özünü göstərir. Qeyd olunub ki, bağırsaqlarda Ruminococcaceae UCG-003 kimi mikroorqanizmlərin sayının artması saç tökülməsinə səbəb ola bilər.

Alimlər xatırladıblar ki, keçəlləşmənin yaranmasına stressli şərait, genetik meyl və bir sıra ciddi xroniki xəstəliklər də təsir edir. Keçəlləşməni stimullaşdıran xüsusi bağırsaq bakteriyalarının kəşfi dermatologiya sahəsində bir irəliləyişdir, çünki indi floraya nəzarət etmək və arzuolunmaz saç proseslərinin qarşısını almaq mümkün olacaq. Tədqiqatçıların fikrincə, bakteriyaların sayının artmasına nəyin səbəb olduğunu daha yaxşı başa düşmək üçün daha bir neçə təcrübəyə ehtiyac var.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur