08.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

İsrail İrana qarşı yeni hücuma hazırlaşır

08 iyl 2025 04:00
DÜNYA
ads

İsrail rəsmiləri Tehranın nüvə proqramını bərpa edəcəyi təqdirdə İrana növbəti hücumun mümkünlüyünü müzakirə edirlər.

Qutb.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın belə bir ssenarini bəyənəcəyinə inanırlar.

Qeyd edilir ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer Vaşinqtona son səfərindən sonra qapalı görüşlərdə Donald Trampın “müəyyən şəraitdə” İsrailin İrana zərbələrini dəstəkləyəcəyinə inandığını bildirib. Bunlardan biri Tehranın Fordo, Natanz və İsfahandakı hücuma məruz qalan nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdi hesab olunur.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın nüvə və müdafiə infrastrukturuna qarşı əməliyyata başlayıb və müharibə 12 gün davam edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur