Reza Mehmandust yenidən kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
Qutb.azı n əldə etdiyi məlumata görə, iranlı mütəxəssis bu postda Məmməd Abdullayevi əvəzləyib.
Abdullayev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında yığma qaneedici nəticələr göstərə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb.
Elnur Amanov Mehmandustun köməkçisi təyin edilib.
Qeyd edək ki, Azərbaycanın kişi taekvondoçuları İslamiadada 1 gümüş və 1 bürünc medal qazanıblar. Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) isə bürünc medala sahib çıxıb. Azərbaycan Taekvondo Federasiyası iyunun 23-də Mehmandustla yolların ayrıldığını açıqlamışdı.