"Mançester Yunayted"in stadionu yenilənə bilər.
Publika.az xəbər verir ki, klubun yeni ortaq sahibi Cim Ratkliff "Old Trafford"un "Şimalın Uemblisi" olmasını istəyir. INEOS-un sahibi və komandası artıq Mançesterin meri Endi Börnhemlə müzakirələr aparıb. Məqsəd "arzuların teatr"ının 90.000 tutuma malik olan ölkənin bir nömrəli arenasına rəqib etməkdir.
Bununla belə, Ratkliff köhnə arenanın yenidən qurulması və ya yenisinin tikilməsi ilə bağlı hələ qərar verməyib. "Old Trafford"un tutumunun artırılması təxminən 800 milyona, yeni arenanın tikintisi isə 2 milyard funt-sterlinqə başa gələ bilər.
Xatırladaq ki, "Old Trafford" 1910-cu ildə tikilib və təxminən 74 min tamaşaçı tutumuna malikdir.
Heybət