Ermənistan İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsində terror aktının hazırlanması, habelə odlu silahın, onların əsas komponentlərinin, döyüş sursatının, digər materialların, cihazların və əşyaların qanunsuz dövriyyəsi (Ermənistan Respublikası Cinayət Məcəlləsinin 43-308-ci maddəsinin 1-ci hissəsi və 335-ci maddəsinin 1-ci hissəsi ilə) qanunsuz dövriyyəsi faktları üzrə başlanmış cinayət işi çərçivəsində bir sıra ünvanlarda axtarışlar aparılıb.
Qutb.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, axtarışlar nəticəsində aşağıdakılar aşkar edilib:
- uzaqdan idarə olunan elektrik detonatoru və onun komponentləri;
- döyüş qumbarası,
- döyüş qumbarasından qoruyucu,
- barıt,
- radio rabitə vasitələri,
habelə istintaqı maraqlandıran digər əşyalar.
Hazırda təcili istintaq və prosessual hərəkətlər aparılır.
Faktla bağlı 7 nəfər saxlanılıb, onlardan biri barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 43-308-ci maddəsinin 1-ci hissəsi ilə (terror aktının hazırlanması) dövlət ittihamı irəli sürülüb.
“İbtidai istintaq davam edir”, - məlumatda deyilir