Sankt-Peterburq hökuməti və sakinləri İrəvanda mühasirədə ölən Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı törədilən vandalizmi qətiyyətlə pisləyirlər.
Publika.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Biz dərindən təəssüflənirik ki, bu gün sovet xalqının faşizm üzərində qələbəsinin tarixi əhəmiyyətini, onun bütün bəşəriyyət üçün həqiqət, ədalət və insanpərvərlik ideallarının bərqərar olmasında nəhəng rolunu heç də hamı dərk etmir.
Sankt-Peterburq hökuməti ümid edir ki, bu əxlaqsız və təxribat xarakterli əməl Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və bütün günahkarlar ədalətli cəzalarını alacaqlar”, - bəyanatda deyilir.
Tural