Almaniyada təxminən 4200 illik zombi məzarı aşkar edilib. Dəfn yeri Saksoniya-Anhalt əyalətinin Abidələrin Mühafizəsi və Arxeologiya Departamentinin arxeoloqları tərəfindən Oppin şəhəri yaxınlığında aparılan qazıntılar zamanı aşkar edilib.
Publika.az xəbər verir ki, Tunc dövrünə aid olan məzardakı qalıqlar 40-60 yaş arasında vəfat etmiş bir kişiyə məxsusdur. Bədənin aşağı hissəsində böyük bir daş blokun qaldığını qeyd edən tədqiqatçılar bunun mərhumun dirilməsinin qarşısını almaq üçün qoyulduğunu deyirlər.
“Bilirik ki, hətta daş dövründə də insanlar kabuslardan qorxurdular. O zaman inanılırdı ki, ölülər bəzən qəbirlərindən çıxmağa çalışırlar", - deyə layihə rəhbəri Suzanna Friderix əlavə edib.
Arxeoloqlar bu dəfn yerini müxtəlif mədəniyyətlərlə əlaqələndirirlər. Avropanın müxtəlif yerlərində ölülərin dirilməsi qorxusunu göstərən zombi məzarları görünsə də, bəziləri daha yaxın dövrlərə aiddir. Bəzi qəbir yerlərində meyitlərin qol və ayaqlarına daş bağlandığı, bəzilərində isə ağızlarına daş qoyulduğu görülüb.
Aysel Şahmar