08.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Ərdoğan Türkmənistanı TDT-yə üzvlüyə DƏVƏT EDƏCƏK

08 dek 2025 09:00
DÜNYA
ads
Advertisement

Dekabrın 10–12-də Aşqabadda Türkmənistanın Neytrallıq Günü qeyd olunacaq və buna paralel olaraq sülh, əməkdaşlıq və davamlı inkişaf mövzularında beynəlxalq konfrans təşkil ediləcək.

Qutb.az-ın məlumatına görə, tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin də qatılacağı gözlənilir.

Yerli media yazır ki, Ərdoğan Türkmənistanın faktiki lideri Qurbanqulu Berdiməhəmmədova ölkənin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyü ilə bağlı rəsmi təklif verəcək. Türkmənistan indiyə qədər təşkilatda yalnız müşahidəçi statusunda olub.

Bununla yanaşı, Ərdoğan Türkmənistan vətəndaşları üçün Türkiyəyə vizasız giriş və 90 gün qalma hüququnun tətbiq olunacağını elan edəcək. Türkiyə mediası bu qərarın turizm və ticarət əlaqələrini gücləndirəcəyini yazır.

Analitiklərə görə, təkliflərin Putinin iştirakı ilə səsləndirilməsi Ankaranın Mərkəzi Asiyada yeni güc balansı yaratmaq cəhdidir. Türkmənistanın TDT-yə tam inteqrasiyası Rusiyanın bölgədə formalaşdırmaq istədiyi təhlükəsizlik modelinə uyğun gəlmir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur