ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro barədə sərt açıqlama verib.
Qutb.az xəbər verir ki, O, "CBS News" telekanalına müsahibəsində Maduronun prezident kimi sayılı günlərinin qaldığını deyib.
“Düşünürəm ki, bəli, onun sayılı günləri qalıb”, - Tramp jurnalistin sualına belə cavab verib.
O, eyni zamanda ABŞ-ın Venesuelaya hərbi zərbə endirəcəyi barədə xəbərləri nə təsdiqləyib, nə də təkzib edib. “Biz bu ölkə ilə müharibəyə gedirikmi? Mən belə düşünmürəm”, - o əlavə edib.
Qeyd edək ki, daha əvvəl Amerika mətbuatı administrasiyadakı mənbələrə istinadla ABŞ-ın Venesuela ərazisindəki bir sıra hərbi obyektlərə zərbə endirməyi planlaşdırdığını yazmışdılar. Mənbələrə görə, hədəflər arasında ordunun nəzarətində olan liman və hava limanları da var və bu obyektlərin narkotik dövriyyəsində istifadə edildiyi iddia olunur.