Ərdoğan: "Helikopter qəzası xəbəri bizi kədərləndirdi"
Əli Nağıyevə ağır itki üz verdi
Prezidentin helikopterinə nə oldu: təxribat, sui-qəsd, yoxsa qəza...
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin avtomobili İrəvanda qəzaya düşüb.
Qutb.az xəbər verir ki, bu barədə Səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Diplomat və onun sürücüsü yüngül bədən xəsarətləri alıblar.
Qəza şəhərdə “çətin hava şəraiti” səbəbindən baş verib. Səfirlikdən bildirilib ki, Kopırkin və onun sürücüsünə tibbi yardım göstərilib, səhnələri üçün təhlükə yoxdur.
Sergey Kopırkin 2018-ci ilin aprelində prezident Vladimir Putinin fərmanı ilə Ermənistana səfir təyin edilib. O, daha əvvəl Kamerunda (1985–1986), Nigerdə (1986–1988), Ruandada (1990–1994) və Böyük Britaniyada (2000–2005) səfirliklərdə çalışıb. 2011-2018-ci illərdə Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsinin müavini olub