ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Aleksander Yuk Ching Ma milli müdafiə məlumatlarını toplamaqda və Çinə göndərməkdə təqsirli bilinib.
Publika.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Honoluluda yaşayan 71 yaşlı Ma qohumlarından biri ilə birlikdə Çin Kommunist Partiyasına həssas məlumatlar verdiyini etiraf edib.
O və adı açıqlanmayan qohumu 2001-ci ildə ABŞ-ın milli müdafiəsi ilə bağlı külli miqdarda məxfi məlumatı Çin kəşfiyyat agentlərinə təhvil vermək üçün on minlərlə dollar alıblar.
Bildirilib ki, Ma Honq-Konqda, qohumu isə Şanxayda doğulub. Onlar sonradan ABŞ vətəndaşı olublar.
Roza