29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Vəfanın əri məni ölümlə hədələyir”

19 fev 2024 08:00
GÜNDƏM
ads

Müğənni Afət Fərmanqızı "Dağlar oğlu" mahnısının ifaçısı Ayaz Allahverdiyevlə münasibətlərinin pozulmasına aydınlıq gətirib.

Publika.az xəbər verir ki, müğənni moderator.az-a açıqlamasında bildirib ki, mahnısını Ayaza dəstək olmaq üçün oxuyub.

"Yutub işlərimə baxan Əli Gəncəli adlı bir şəxs var. O mənə dedi ki, "eloğlum var, 1 ildən çoxdur ki, "Dağlar oğlu" adlı mahnı oxuyub, heç kəs onu tanımır" Mənə bildirdi ki, Vəfa Şərifova bu mahnını icazəsiz oğurlayıb oxuyub, biz də onu yutub kanalından sildirmişik. Vəfaya yığıb dedim ki, hər kimdirsə azərbaycanlımızdır, sən onunla duet oxu, həm də mahnıya gözün düşüb. Vəfa dedi ki, "mən elələri ilə duet oxumuram, mahnını silmişəm". Hətta mənə dedi ki, dueti özün oxu da". Duet oxumaq fikrim yox idi. Onlar çox yalvardılar ki, duet oxuyaq. Yoldaşım da dedi ki, eybi yox, kömək edək də. Mahnını oxudum. Həmin ifanı Əli Polimehrin köməyi ilə 40 İran instaqram səhifəsində paylaşdırdım. Mahnı necə deyərlər tanındı və gündəm yaratdı. Mahnı tutandan sonra Vəfanın mahnıya tamahı tutdu. Axı o vaxt mahnını silmişdi. Ayaz tez-tez mənə şikyət edirdi ki, Vəfa məni saymır, mahnını tik-toka qoyur. Mən də ona deyirdim ki, 5 min al qoy oxusun. Dedi ki, "100 min də versə mən kişiyəm, mahnını Vəfaya vermərəm". Sən demə o Vəfadan 4 min alıb mahnını ona verir, mənə də bildirmir. Mən də Vəfaya deyirəm ki, niyə belə hörmətsizlik edirsən?! Məlum olur ki, Ayaz mənim vasitəmlə Vəfanı qısqandırır. Yəni mənim vasitəmlə Vəfadan pul almaq üçün bu üsuldan istifadə edir. Sonra yoldaşıma yazır ki, "Vəfanın əri məni ölümlə hədələyir". Mənə və yoldaşıma yazdığı mesajlar da əlimdədir, sizə təqdim edəcəyəm. O elə bilir ki, canını qurtaracaq, deyəcək ki, o mesajları Afət özü-özünə yazıb. Ekspertiza var, yazışmalar var, səsləri var. Deyirdi ki, mahnını sənə halal edirəm, onlar oxusa ruhum rahat olmaz. Yoldaşım onun ikiüzlü olduğunu biləndən sonra ona deyib ki, sən nə axmaq adamsan?! Bizi niyə bu oyunun içinə salmısan?! O da yoldaşımın ünvanına təhqiramiz ifadələr işlədib" deyə o bildirib.

Afət Fərmanqızı bildirib ki, Vəfa Şərifova ilə münasibətlərinin pozulmasına Ayaz Allahverdiyev vəsilə olub.

"Amma mən Vəfadan inciyirəm, Ayazdan yox. Ayazı biz tanımırıq, hələ bilmirik ruhi vəziyyəti necədir? Bəlkə o şizofreniya xəstəsidir?! Mən Vəfanı tanıyıram, o da məni. Mən Vəfaya zəng etmişəm ki, sən bu mahnını oxumaq istəyirsənsə mən icazəsini alıram?! Deyir ki, yox, silmişəm mahnını. Mənə deyir ki, gedin siz duet oxuyun, işiniz avand olsun. Özü götürüb bu yandan mahnını oxuyur. Qəşəng münasibətimiz var idi. O görür ki, mahnı tutdu, 3 aydan sonra Ayazı dilə tutub, pul verir və mahnını Ayazdan alır. Bəs bizim dostluğumuz harada qaldı?!" deyə müğənni bildirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur