26.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Bu, sahədə sarkazm idi - TRAMP

25 iyn 2025 23:00
DÜNYA
ads

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsini 24 saat ərzində bitirəcəyinə dair əvvəlki açıqlamasının sadəcə sarkazm olduğunu bildirib.

Qutb.az xəbər verir ki, bu barədə o, NATO-nun Haaqa Sammitindən sonra keçirdiyi mətbuat konfransında danışıb.

“Əlbəttə, bu, sarkazm idi”, - deyə Tramp vurğulayıb.

O qeyd edib ki, münaqişənin həlli gözlənildiyindən daha çətin olub: “Ukrayna ilə bağlı vəziyyət, göründüyündən də mürəkkəbdir. Bu qədər uzanacağını heç kim gözləmirdi”.

ABŞ Dövlət katibi Marko Rubio isə bəyan edib ki, Tramp Rusiya ilə danışıqlar imkanlarını itirməmək üçün Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləmir.

Tramp, həmçinin, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara ümid etdiyini bildirib. Onun sözlərinə görə, Moskva da münaqişənin bitirilməsində maraqlıdır.

Xatırladaq ki, iyun ayında ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Tərəflər bu söhbətlərdə Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur